SABAH Facility Management Services ölkəmizdə xüsusi mənzil fondunun idarə edilməsi sahəsində peşəkar və təcrübəli kadr potensialına malik şirkətlərdən biridir.
SABAH Facility Management Services çoxmənzilli yaşayış kompleksləri, iş mərkəzləri, ticarət mərkəzləri, premium yaşayış binaları, kommersiya təyinatlı parkinq xidmətləri və digər daşınmaz əmlak layihələri üzrə idarəetmə xidmətləri göstərən şirkətlərdən biridir.
İlk baxışdan ölkəmizin əmlak sektorunda bu xidmətlərə bir o qədər də tələbat olmadığı təəssüratı yaransa da, reallıq fərqlidir.
Əmlak sahəsi ilə əlaqədar qanunvericilikdə boşluqların olması, birgəyaşayış qaydalarının təsdiq edilməməsi, idarəetmə planının olmaması və xidməti normativlərin yoxluğu bu kimi şirkətlərin yaradılmasını və inkişaf etməsini ləngidir. Belə olduğu təqdirdə idarəedici şirkətlərin gəlir əldə etməsi də çətinləşir və bu sahə maraq dairəsində olmur.
Hüquqi sənədləşmənin düzgün formada aparılması, öhdəliklərin qanuna uyğun formada ədalətli müəyyən edilməsi və mülkiyyətçilər, kirayəçilər, eləcə də idarəedici şirkətlər arasında şəffaflığın təmin edilməsi əmlak idarəçiliyi sahəsinin inkişafına və tərəflər arasında etimadın artmasına şərait yaradır.
Facility Management Services daşınmaz əmlak obyektlərinin infrastrukturunun idarə edilməsi, binanın daxili mühitində funksionallığın və həyat fəaliyyətinin təmin edilməsi və yaxşılaşdırılmasını nəzərdə tutur. Bu yanaşma daşınmaz əmlakın dəyərinin saxlanmasına, şəhərimizin eksteryerinə və ətraf infrastruktura müsbət təsir göstərir.
Binanın daxili mühitində funksionallığın və həyat fəaliyyətinin fasiləsizliyi
İnfrastruktur və kommunikasiya sistemlərinin dayanıqlı idarə olunması
Daşınmaz əmlakın dəyərinin saxlanması və uzunmüddətli qorunması
Şəhərin eksteryeri və ətraf infrastruktur üçün müsbət təsir
Mülkiyyətçilər, kirayəçilər və idarəedici şirkətlər arasında şəffaflığın təmin edilməsi.
Hüquqi sənədləşmənin düzgün aparılması və öhdəliklərin ədalətli müəyyən edilməsi.
Qanunlara riayət, etibarlı tərəfdaşlıq və davamlı idarəetmə.
Müştəri məmnunluğu, sakinlərin maraqlarının qorunması və ölkə iqtisadiyyatına töhfə.
Missiyamız əmlak hüquqları sahəsində vətəndaşların maarifləndirilməsi, xüsusi mənzil fondunun qorunub saxlanmasının vacibliyinin təbliği və beynəlxalq standartlara əsaslanaraq müştərilərə operativ, yüksək keyfiyyətli xidmət göstərməkdən ibarətdir.
Keyfiyyət İdarəetmə Sistemi
Əməyin Təhlükəsizliyi
Yerli sektorun lider şirkətlərindən