Layihənin inşasından sonrakı dövrdə satış sonrası sakinlərə göstəriləcək xidmətlərə dəstək, təhvil prosesinin qüsursuz təşkili və davamlı idarəetmə.
Layihələrin sakinlərə təhvil verilməsi işinin, Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin dövlət qeydiyyatının planlı təşkili.
Texniki qurğu və avadanlıqların təftişi, qüsur aktlarının hazırlanması və lisenziyalı şirkətlər tərəfindən xidmətin təşkili.
MTK-nın idarəedici təşkilat kimi saxlanılmasının təşkili, məkana uyğun xüsusi idarəetmə strukturunun hazırlanması.
Binanın ümumi əmlakının saxlanması xərclərinin hesablanması, tarifin müəyyən edilməsi və xüsusi fond işinin layihələndirilməsi.
Tərəflər arası kommunal xidmət və qeyri-yaşayış sahəsi ilə bağlı rəsmi qərarların və müqavilələrin sıfırdan hazırlanması.
Müasir nağdsız ödəniş sisteminin qurulması, gəlirlərin təşkili və ödənişdən yayınan şəxslərə avtomatlaşdırılmış xəbərdarlıqlar.